📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Moskvaya ABŞ kəşfiyyatçısını səfir göndərdi

2024-08-09 13:12:17

İrəvan Moskvaya ABŞ kəşfiyyatçısını səfir göndərdi

Ermənistanın Rusiya Federasiyasındakı səfiri Vaqarşak Arutyunyanın Qurgen Arsenyanla əvəzlənməsi sadəcə diplomatik dəyişiklik deyil. Bu, eyni zamanda, ən yaxın tərəfdaşları MKİ və DGSE olan Ermənistan Xarici Kəşfiyyat Xidmətinin Moskvada düşərgə yaradıb, fəaliyyətə başlaması deməkdir.

Hurriyyet.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

O bildirib ki, müvafiq qərarı Ermənistanın Baş naziri Paşinyan imzalayıb:

“Ermənistan Xarici Kəşfiyyat Xidmətinin Moskva rezidentliyinin əməkdaşları üçün diplomatik müdafiə vəzifələrinin nomenklaturası Ermənistan Xarici Kəşfiyyat Xidməti və Xarici İşlər Nazirliyi arasında razılaşdırılıb”./Axar.az/