📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Moskvaya təyyarə reyslərini ləğv etdi - İlginc SƏBƏB

2022-03-24 17:41:00

İrəvan Moskvaya təyyarə reyslərini ləğv etdi - İlginc SƏBƏB

Ermənistan Hava Yolları Avropa və Amerika məhdudiyyətlərinə görə Moskva-İrəvan-Moskva marşrutu üzrə bəzi reysləri ləğv edib.


Hurriyyet.az bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Şirkətin mətbuat katibi Gevork Xaçatryan öz Facebook səhifəsində yazıb ki, hazırda danışıqlar aparılır və alternativ həll yollarının tapılması istiqamətində işlər aparılır. O, həmçinin bəyan edib ki, İrəvan-Moskva-İrəvan marşrutu üzrə NGT930/929 reysləri qrafikə uyğun olaraq davam etdiriləcək.

Rusiyanın forpostu olan Ermənistanı Qərb sanksiyalarına qoşulması ilgincdir. Bir gün əvvəl Rusiya rəsmiləri ölkəyə məxsus 78 təyyarənin həbs edildiyini, bu sırada Ermənistanın da adının olduğunu açıqlamışdı.