📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Moskvaya yalvarır: Kömək edin... - Video

2021-11-16 16:36:00

İrəvan Moskvaya yalvarır: Kömək edin... - Video

İrəvan Moskvanı 1997-ci ildə imzalanmış ikitərəfli müqaviləyə uyğun olaraq Ermənistanın suveren ərazisini müdafiə etməyə çağırır.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistanın suveren ərazisinə hücum olduğu üçün biz 1997-ci il ikitərəfli müqaviləsi çərçivəsində və qarşılıqlı öhdəliklər məntiqinə uyğun olaraq Ermənistanın ərazi bütövlüyünü qorumaq çağırışı ilə Rusiyaya müraciət edirik”, - Qriqoryan bildirib.

Qeyd edək ki, hazırda Ermənistan ordusu sərhəd istiqamətində hücuma cəhd edir və artilleriya tətbiq edir. Ordumuz düşmən təxribatının qarşısını almaq üçün sərt addımlar atır.