📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Parislə hərbi sferada əməkdaşlığı ciddiləşdirir

2023-05-24 15:15:00

İrəvan Parislə hərbi sferada əməkdaşlığı ciddiləşdirir

Bu gün Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın İrəvandakı səfiri Luyo ilə görüşüb. İdarədən verilən rəsmi məlumata görə, hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd olunur ki, “həmsöhbətlər Ermənistan-Fransa əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndiriblər”.

Fransa səfirliyi öz Facebook səhifəsində görüşlə bağlı eyni şərhi dərc edib, lakin bunu Müdafiə Nazirliyinin açıqlamasından bir saatdan çox sonra edib.

Ülviyyə, Hurriyyet.az