İrəvan polisi 226 nəfəri, o cümlədən xalq artistini, generalı, deputatı həbs edib, digər deputatı isə döyüb - XAOS
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, itaətsizlik aksiyalarının iştirakçılarının 226 nəfəri hazırda İrəvanın müxtəlif polis bölmələrində saxlanılıb. Bu barədə "Sputnik Ermənistan" agentliyi məlumat verib.
Saxlanılanlar arasında Ermənistanın xalq artisti Arsen Qriqoryan da var. Xəbər verildiyi kimi, KTMT-nin keçmiş sədri Yuri Xaçaturovun oğlu, Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayoru İqor Xaçaturov və parlamentin “Hayastan” ("Ermənistan") fraksiyasının deputatı Artur Sərkisyan da polis tərəfindən saxlanılanlar arasındadır.
Parlamentin "Hayastan" fraksiyasının digər deputatı Aşot Simonyan isə bir qrup qırmızı beretli tərəfindən döyülüb. Döyülmə insidenti ilə bağlı təhqiqat başlanıb.
Hürr Tərcüman
.png)