İrəvan Qarabağdan qovulan silahlıları buraxmaq niyətində deyil
2023-09-29 12:02:39
Qarabağdan çıxarılan silahlı quldur dəstələri İrəvanın karına gələcək. Görünür, rəsmi İrəvan Qarabağda tərksilah edilmiş və az-çox döyüşə bələd olan yaraqlıların istismar müddətinin başa çatmasında maraqlı deyil.
Belə ki, erməni hökuməti Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin üzvləri Ermənistan Silahlı Qüvvələrinin sıralarında xidmətini davam etdirə biləcəyi haqda açıqlama verib. Bu barədə müdafiə nazirinin müavini Arman Sarkisyan brifinqdə bildirib. Ola bilsin ki, onların xidmətlərindən bu yaxınlarda yararlana biləcəklərini düşünürlər.
Ülviyyə, Hurriyyet.az