İrəvan rəsmən açıqladı: Qarabağdan köçən 30 min erməni...
2026-02-13 14:28:48
Qarabağdan köçən təxminən 30 min erməni artıq Ermənistan vətəndaşlığını alıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili işlər naziri Arpine Sarkisyan mətbuat konfransında bildirib.
2025-ci ilin dekabr ayında onların sayı 26 mindən bir qədər çox idi.
Nazirin sözlərinə görə, vətəndaşlıq alanların əksəriyyəti 2025-ci ilin ikinci yarısında müraciət edənlər olub.
“Başqa sözlə, onun əldə edilməsi prosesi əhəmiyyətli dərəcədə sadələşdirilib və sürətləndirilib”, - deyə o izah edib.
Platforma əvvəllər gündə 40 sorğu qəbul edirdisə, hazırda 200-ə qədər müraciət qəbul edir.
Sarkisyan əlavə edib ki, indiyə qədər heç bir müraciət rədd edilməyib.