📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan sərhədlə bağlı növbəti görüşün vaxtını açıqladı

2024-01-09 18:03:03

İrəvan sərhədlə bağlı növbəti görüşün vaxtını açıqladı

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yanvarın sonlarında Bakı ilə İrəvanın Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya komissiyalarının yeni görüşünün keçiriləcəyini bəyan edib. Qriqoryan İrəvanın sülh müqaviləsi ilə bağlı cavab təkliflərini yanvarın 4-də Bakıya təqdim elədiyini də söyləyib. Azərbaycan ilə Ermənistan tərəfləri axırıncı dəfə 2023-cü il noyabrın 30-da iki ölkənin sərhədində görüşüblər. Həmin görüşdə Bakını baş nazirin müavini Şahin Mustafayev, İrəvanı isə hökumətin başçısı Nikol Paşinyanın müavini Mqer Qriqoryan təmsil edib.

Hürr Tərcüman