📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan: “Türkiyə ilə danışıqlara davam edəcəyik”

2023-01-07 15:20:00

İrəvan: “Türkiyə ilə danışıqlara davam edəcəyik”

Hurriyyet.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan Türkiyə-Ermənistan sərhədlərinin açılması və iki ölkə arasındadiplomatik münasibətlərin yaradılması üçün İrəvanın Ankara ilə danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.

Unanyan deyib: “Biz Türkiyənin Ermənistanla birgə aviadaşımaların qarşısındakı əngəlləri qaldırmasını müsbət qiymətləndiririk”. Mətbuat katibi qeyd edib ki, növbəti danışıqların mövzusu üçüncü ölkələrin vətəndaşlarının Türkiyə-Ermənistan sərhədini keçməsi barəsində olacaq. Eyni zamanda Türkiyə ilə Ermənistan müzanibətlərinin tam normallaşması gündəmdədir.

Xatırladaq ki, Türkiyə rəhbərliyi Türkiyə-Ermənistan münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasındakı tərəqqidən birbaşa asılı olduğunu dəfələrlə vurğulayıb.

Hürr Tərcüman