📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Türkiyəyə iddialarından əl çəkir

2022-01-25 13:13:00

İrəvan Türkiyəyə iddialarından əl çəkir

Ermənistan heç vaxt Ay Datanın (ANKA) siyasətini həyata keçirməyib.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bundan başqa, 2005-ci ildə Robert Köçəryan da bəyan etdi ki, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiası yoxdur. İrəvan heç vaxt Ermənistan-Türkiyə sərhədinə şübhə ilə yanaşmayıb, Ermənistan-Türkiyə sərhədini şübhə altına alan heç bir erməni lideri və hökumətinə rast gəlməzsiniz. “Erməni soyqırımı”nın tanınması məsələsinə bizim yanaşmamız hökumətin proqramında öz əksini tapıb. Etiraf etmək lazımdır ki, “soyqırım”ın tanınması prosesinin lokomotivi həmişə diaspor təşkilatları olub”, - Paşinyan bildirib.