📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan və Bakı arasında müharibə ola bilər? - “Fitch” ssenarisi

2024-07-27 20:20:40

İrəvan və Bakı arasında müharibə ola bilər? - “Fitch” ssenarisi

“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistan və Azərbaycan arasında münaqişənin gərginləşməsini istisna etsə də, ölkələr arasında sülhün əldə olunmasında çətinliklərin olduğunu qeyd edib.

"Fitch"in hazırladığı hesabatda deyilir:

“Azərbaycan qoşunlarının Ermənistan ərazisində qalmasına və vaxtaşırı atışmaların olmasına baxmayaraq, bizim ssenarimizə əsasən münaqişənin eskalasiyası nəzərdə tutulmur”.

“Fitch”in təhlilində o da qeyd olunub ki, Bakının Ermənistan ərazisindən dəhlizin açılması tələbi və Ermənistan konstitusiyasındakı dəyişiklik məsələsində razılaşmanın əldə edilməməsi sülhün əldə edilməsində çətinliklər yaradır. \\Ölkə.Az