İrəvan Zatulini “arzuolunmaz şəxs” elan etdi
2022-10-25 15:41:00
“Bizə bildirirlər ki, mənim səfərim arzuolunmazdır, açıqlamalarım isə Ermənistan Respublikasına zərər vurur”
Hurriyyet.az xəbər verir ki, rəsmi İrəvan Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistana gedişini qadağan edib. Ermənistanı dəstəkləməsi ilə tanınan deputat bu qərarı gözlənilməz və “təhqiredici addım” adlandırıb.
O deyib: “Bizə Ermənistan Respublikasının parlamentinin Xarici Əlaqələr İdarəsinin rəisindən məktub gəlib. Bizə bildirirlər ki, mənim səfərin arzuolunmazdır, açıqlamalarım isə Ermənistan Respublikasına zərər vurur”.
Hürr Tərcüman