📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvan Zaxarovanın sözlərini təsdiqləmədi: “Konkret məkan bəlli deyil”

2023-04-27 17:41:00

İrəvan Zaxarovanın sözlərini təsdiqləmədi: “Konkret məkan bəlli deyil”

Hurriyyet.az xəbər verir ki, rəsmi İrəvan RF XİN təmsilçisi Mariya Zaxarovanın Azərbaycan ilə Ermənistanın XİN rəhbərlərinin Rusiyada görüş keçirməsi barəsində açıqlamasını təsdiqləməyib.

Ermənistan XİN-in təmsilçisi Ani Badalyan “İnterfaks” agentliyinə müsahibəsində deyib: “Görüş keçirilməsi barəsində razılaşma var. Lakin konkret zaman və məkan barəsində açıqlama sonra veriləcək”.

Zaxarova bu gün keçirilən brifinqdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşünün Rusiya ərazisində keçirilməsi barəsində razılıq əldə edildiyini bəyan edib.

Hürr Tərcüman