📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvana gedən deputatdan maraqlı PAYLAŞIM - VİDEO

2022-02-22 17:14:00

İrəvana gedən deputatdan maraqlı PAYLAŞIM - VİDEO

Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədov AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün Ermənistanın paytaxtında səfərdədirlər.

Modern.az-ın məlumatına görə, ilk dəfə Ermənistana səfər edən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkə hesabında İrəvanda keçirilən iclasdan maraqlı post paylaşıb.

Paylaşımda deyilir:

“Bir az yumor. Enerji Komitəsinin iclasına sədrliyi Azərbaycan (mən) edir, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı. Şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur. Dövlətimiz və Prezidentimiz var olsun!”.

Modern.az