İrəvanda 140-dan artıq etirazçı tutuldu
2023-09-25 11:37:34
Hurriyyet.az xəbər verir ki, İrəvanda hökumətə qarşı aksiyaların 142 nəfər iştirakçısı polis məntəqələrinə aparılıb. Bu barədə “Sputnik Ermənistan” agentliyi məlumat verib.
Saxlanılanların hamısı Ermənistan Cinayət Məcəlləsinin 182-ci (hakimiyyət nümayəndəsinin qanuni tələbini yerinə yetirməmək) maddəsi ilə ittiham edilir.
Paşinyanın istefasını tələb edənlər 25 sentyabr tarixində səhərin erkən saatlarından İrəvanın mərkəzi küçələrinin yollarını bağlamağa başlayıblar.
Hürr Tərcüman