📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda aksiya: Xaçaturovun oğlu saxlanıldı - Video

2024-05-27 10:03:31

İrəvanda aksiya: Xaçaturovun oğlu saxlanıldı - Video

İrəvanda baş verən aksiyalar zamanı KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov saxlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Xaçaturovla yanaşı, parlamentin “Ermənistan” fraksiyasının deputatı Artur Sərkisyan da polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, İqor Xaçaturov Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayordur.