📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda aləm qarışdı: Rusiya səfirliyi blokadaya alındı

2022-12-14 17:43:00

İrəvanda aləm qarışdı: Rusiya səfirliyi blokadaya alındı

Qarabağa qayıtmaq istəyən ermənilər İrəvandakı Rusiya səfirliyinin yaxınlığında toplaşıb.

Hurriyyet.az xəbər verir ki, aksiya iştirakçıları avtomobilləri ilə Rusiya səfirliyinin girişini bağlayıblar.

Onlardan biri qeyd edib ki, Rusiya Federasiyasından sülhməramlılardan dəhlizin açılmasını tələb edirlər.

Polis qüvvələrini səfirliyin yaxınlığında cəmləyib və Rusiya səfirliyinin girişini bağlayan avtomobillər ərazidən çıxarılır.(yenisabah)