📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda da Azərbaycan bayrağı dalğalanacaq - Sərkisyan

2023-10-16 14:13:46

İrəvanda da Azərbaycan bayrağı dalğalanacaq - Sərkisyan

Ermənistanın 30 illik müstəqilliyi ərzində necə bir dövlət qurmuşuq: qəbilə, korrupsioner, sosial qütbləşmiş, talan edilmiş mədənlər, dövlət büdcəsi, kreditlər, saxta milli seçki...

Hurriyyet.az xəbər verir ki, bu barədə erməni jurnalist Voskan Sərkisyan Feysbuk səhifəsində yazıb.

“Məhz bu səbəbdən milyonlarla erməni “vəd edilmiş torpaqları” tərk etdi. Ona görə Qarabağda uduzduq, ona görə 2018-ci ildə “məxməri inqilabın” siyasi teatrı səhnəyə qoyuldu, “millətin xilaskarı” küçələrdən hakimiyyətə gətirildi. Əgər yaxın illərdə Ermənistan dövlətinə baxış formalaşmasa, Ermənistanda qanun diktaturası qurulmayacaq, korrupsiyaya, qohumbazlığa son qoyulmayacaq, o zaman İrəvanda hökumət binasında Azərbaycan bayrağı dalğalanacaq”, - o bildirib./Axar.az/