📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda Ermənistanın KTMT-dən çıxması tələbi ilə aksiya keçirilir - VİDEO

2022-11-23 17:31:00

İrəvanda Ermənistanın KTMT-dən çıxması tələbi ilə aksiya keçirilir - VİDEO

İrəvanın Azadlıq meydanında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması tələbi ilə aksiya keçirilir.

Aksiyada Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyanın avtomobili saxlanılıb.

Avtomobilin saxlanılmasına səbəb Xzmalyanın etiraz aksiyasına üzərində KTMT yazısı olan tabut formalı əşya, həmçinin Aİ və ABŞ bayraqlarını aparması olub.

Polisdən bildirilib ki, Paronyan küçəsində etirazlarla bağlı 4 nəfər saxlanılıb.

Mənbə: Armenia Today