📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda əski parçası qaldırıldı – Azərbaycan UEFA-ya etiraz etdi!

2026-11-15 12:16:50

İrəvanda əski parçası qaldırıldı – Azərbaycan UEFA-ya etiraz etdi!

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İrəvanda keçirilən futbol matçı zamanı məhv olmuş qondarma rejimin əski parçasının nümayiş etdirilməsinə etiraz edib.

Hurriyyet.net  xəbər verir ki, hadisə noyabrın 12-də Ermənistan və Kipr milli komandaları arasında keçirilən UEFA Millətlər Liqasının oyununda baş verib.

Qarşılaşma zamanı tribunada məhv olmuş qondarma rejimin əski parçası nümayiş etdirilib. Matç 1:1 hesabı ilə başa çatıb.

AFFA hadisə ilə əlaqədar Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) rəsmi etiraz ünvanlayıb.