İrəvanda etiraz aksiyası: “Spiker gəlsin!” VİDEO
2021-12-08 17:25:00
Bu dəqiqələrdə Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.
Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, əsasən hərbçilərin yaxınlarından ibarət olan aksiya iştirakçıları spiker Alen Simonyanla görüş tələbində israrlıdırlar.
Dünən gecə parlament və hökumət binası qarşısına toplaşan, həmçinin İrəvanın əsas yollarından birini bağlayan etirazçılar əsirlərə “fərari” deyən spikerin onların hüzuruna gəlməsini istəyiblər.
Musavat.com
Sözügedən aksiyanı canlı olaraq təqdim edirik:






