📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda gərginlik: Qriqoryanın istəyi qəbul olundu

2021-12-23 20:53:00

İrəvanda gərginlik: Qriqoryanın istəyi qəbul olundu

İrəvan polisinin icazəsilə bu gün “Ölkə üçün həyat” partiyasının sədri, partiyanın bələdiyyə seçkilərindəki namizədi Volodya Qriqoryan meriya binasına daxil ola bilib.

Volodya Qriqoryanın Parakarın meri seçildiyini hesab edən partiyası bu gün Mədəniyyət evinin qarşısında tribuna quraraq andiçmə mərasimi təşkil edib.

Bundan sonra Qriqoryan vətəndaşların müşayiəti ilə meriyanın binasına yaxınlaşsa da, polis əməkdaşları onu içəri buraxmayıblar.

Cavab olaraq icmanın sakinləri Zvartnots hava limanına gedən yolu bağlayıblar. Daha sonra polis vətəndaşları ərazidən uzaqlaşması üçün güc tətbiq edib. \\Teleqraf.com