İrəvanda hökumət rəsmilərinin evləri yaxınlığında polisə bomba atılıb
2022-09-17 09:18:00
Naməlum şəxs Ermənistanın paytaxtı İrəvanda hökumət nümayəndələrinin baş evlərinin yaxınlığında növbətçi polis əməkdaşlarına tərəf bomba atıb.
Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd edilir ki, hadisə Paronyan küçəsində baş verib. Hadisə yerində bir əldəqayırma bomba və partlamamış daha bir bomba tapılıb.
İlkin məlumata görə, hücum zamanı ölən və yaralanan olmayıb.
Araşdırma aparılır.
report.az