📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda metroya partlayıcı qurğu qoyulub – İnsanlar təxliyyə edildi

2022-08-31 11:10:00

İrəvanda metroya partlayıcı qurğu qoyulub – İnsanlar təxliyyə edildi

İrəvanın “Sasunçi David” metro stansiyasında vaqonlara partlayıcı qurğu qoyulub.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı informasiya Ermənistan Fövqəladə Hallar Nazirliyinin 911 xidmətinə bu gün səhər tezdən daxil olub.

Mənbə qeyd edir ki, xilasedicilər və minaaxtaranlar stansiyaya yollanıblar. Nəzarətə götürülən ərazidən vətəndaşlar təxliyə edilib.

Hazırda axtarış işləri aparılır.

Bizim.Media