📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanda MTX polkovnikin evində axtarışlar aparılıb

2022-05-21 16:20:00

İrəvanda MTX polkovnikin evində axtarışlar aparılıb

Ermənistanda yaranmış xaos fonunda siyasi təqiblər başlayıb.

Hurriyyet.az xəbər verir ki, belə bir iddia ilə müxalifətin aparıcı fiqurlarından sayılan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri Artur Vanetsyan çıxış edib.

O sübut kimi dostunun evində axtarış aparılmasını göstərib.

"Bir müddət öncə mənə məlum oldu ki, Ermənistan Respublikasının İstintaq Komitəsinin müstəntiqləri dostum Aram Qriqoryanın evində axtarış aparıblar. Aram Milli Təhlükəsizlik Xidmətinin ehtiyatda olan polkovnik-leytenantıdır. Heç vaxt qanunu pozmayıb, həyatı boyu Ermənistan respublikasına xidmət edib. O, müstəsna vətənpərvər və vicdanlı insandır. Aramı ancaq bir şeydə ittiham etmək olar ki, o, Ermənistanın, "Artsax"ın(Keçmiş qondarma rejim-red.), ermənilərin gələcəyi və təhlükəsizliyi üçün xalqı ilə bərabər gecə-gündüz mübarizə aparır. Hörmətli Aram, mənim sadiq dostum, bilirəm ki, səni heç bir şəkildə qorxutmaq və ya mübarizədən çəkindirmək olmaz və əminəm ki, bütün bunlar bizi daha da gücləndirəcək", - Vanetsyan deyib.

AzVision.az