İrəvanda polis nəzarəti gücləndirilir - çevrililşdən ehtiyat edilir
2024-06-11 10:16:25
Ermənistanda vəziyyət gərgin olaraq qalır. İrəvana gələn avtomobillərə nəzarət gücləndirilib. Polis əməkdaşları sənədləri yoxlayır və nəqliyyat vasitələrinə, xüsusən də onların yüklərinə baxırlar.
Məlumdur ki, mayın 9-dan etibarən Ermənistan paytaxtında “Vətən uğrunda Tavuş” hərəkatının lideri Qalstanyanın rəhbərlik etdiyi hökumət əleyhinə etirazlar keçirilir. Qalstanyan baş nazir Paşinyanın rəhbərlik etdiyi hökuməti istefaya çağırır. İyunun 10-da Ermənistan parlamenti müxalifətin hökumət başçısının impiçmentini müzakirə etmək üçün növbədənkənar iclas keçirmək təklifini rədd edib. Ölkə qanunvericiliyinə əsasən, yuxarıda qeyd olunan imtina ilə əlaqədar bu iclas iyunun 17-nə təyin edilib.
Ülviyyə, Hurriyyet.az