📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İrəvanda Qarabağın mühacir hökumətini yaratmağa yol vermək olmaz” - Arman Babacanyan

2023-10-16 12:39:11

“İrəvanda Qarabağın mühacir hökumətini yaratmağa yol vermək olmaz” - Arman Babacanyan

“Təsadüfi deyil ki, bu günlərdə Qarabağın Ermənistandakı nümayəndəliyində çox mühüm toplantılar keçirilir. Məqsəd bu və ya digər şəkildə Putinlə Əliyev arasında Qarabağ ətrafındakı vəziyyəti müzakirə etməsi ilə bağlıdır”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bunu Ermənistanın “Respublika Naminə” partiyasının lideri Arman Babacanyan deyib.
Babacanyanın sözlərinə görə, Qarabağdan Ermənistana qayıdan, Samvel Şahramanyanı seçən və mahiyyətcə Qarabağın mövcudluğuna son qoyan hadisələrin təşəbbüskarı olan 22 xain deputat Ermənistanda mühacirətdə olan “Qarabağ hökuməti” yaratmaq qərarına gəliblər. “Bu çox ciddi təhlükələr ehtiva edir. Bu, Azərbaycan üçün Ermənistana doğru eskalasiyaya qanuni əsas ola bilər. Müəyyən hüquqi prosesləri başa vurduqdan sonra dövlət xaini olması məsələsini hüquqi cəhətdən sübut etmək üçün mən şəxsən Samvel Şahramanyana qarşı prokurorluğa ərizə verməyə hazırlaşıram”.
Partiya sədri deyib ki, 10 noyabr razılaşmasında Ermənistan Silahlı Qüvvələrinin Qarabağdan çıxarılması müddəası ruslar və azərbaycanlılarla razılaşdırılaraq, bəyanatın mətnində aydın şəkildə yer alıb. “Ermənistana bu qədər problem yaradacaq, onun daxilində atəş yaradacaq məqamı özündə ehtiva edə biləcək bu cür siyasi məsuliyyətli bəyanatın müəllifləri İrəvanda belə avantüraya girməkdə çətinlik çəkmirlər”.