İrəvanda sığınacaqlar tam hazır vəziyyətə gətirilib
2024-03-12 13:11:39
Hurriyyet.az erməni mətbuatına istinadla xəbər verir ki, İrəvandakı bütün sığınacaqlar mümkün təhlükə halında istifadəyə hazır vəziyyətə gətirilib. Bu barədə məlumatı İrəvanın meri Tiqran Avinyan martın 12-də, Ağsaqqallar Şurasının iclasında verib.
Avinyan İrəvanın bütün inzibati rayonlarının rəhbərlərinin sığınacaqlarda invertarizasiya işləri aparıldığını deyib.
Hürr Tərcüman