İrəvandakı partlayışda 2 nəfər ölüb – Yenilənib
2024-02-05 16:55:36
İrəvanda baş verən partlayış zamanı 2 nəfər ölüb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dağıntılar altından qadın və kişi meyiti çıxarılıb.
Qeyd olunub ki, ərazidə axtarış işləri davam edir.
***
İrəvanda Nor Areş küçəsi 34 ünvanında partlayış olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Polisi məlumat yayıb.
Bildirilib ki, saat 11:43-də Nor Areş küçəsi 34-də partlayış baş verdiyi barədə polisə həyəcan siqnalı daxil olub.
İlkin məlumata görə, 1 və ya 2 ev uçub.
Şahidlərin sözlərinə görə, dağıntılar altında 2 vətəndaş var. Onlarda həlak olanlar və yaralananlar barədə məlumat yoxdur.
yeniavaz.com