📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvandan AÇIQLAMA: ABŞ dövlət katibinin hərbi müşaviri Ermənistanda işləyəcək

2024-08-02 13:18:36

İrəvandan AÇIQLAMA: ABŞ dövlət katibinin hərbi müşaviri Ermənistanda işləyəcək

Ermənistan Müdafiə Nazirliyi ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeyanın ABŞ hərbi müşavirinin İrəvanda işləyəcəyi barədə bəyanatını şərh edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə,  Ermənistan Silahlı Qüvvələrində aparılan islahatların bir hissəsi olaraq Müdafiə Nazirliyi ABŞ və digər beynəlxalq tərəfdaşlardan həm qısa, həm də uzunmüddətli məsləhət dəstəyi alır. İyulun əvvəlində Uzra Zeya “Hetq” xəbər agentliyinə ABŞ-ın əlaqələrin dərinləşdirilməsi çərçivəsində Ermənistan Müdafiə Nazirliyinə daimi müşavir təyin edəcəyini təsdiqlədi. Bu tədbirlər Ermənistanın təhlükəsizlik sektorunun idarə edilməsini təkmilləşdirməsi, eyni zamanda ABŞ və Ermənistan arasında münasibətləri gücləndirməsi kimi təqdim olunur.

Ülviyyə, Hurriyyet.az