İrəvandan delimitasiya ilə bağlı açıqlama
2024-10-21 12:42:20
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini, Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyasının sədri Mqer Qriqoryan ölkə parlamentindəki açıqlamasında delimitasiyanın növbəti mərhələsinin sərhədin hansı hissəsində keçiriləcəyini hələ Azərbaycanla Ermənistanın müzakirə etmədiklərini söyləyib.
Qriqoryan deyib: "İndiki məqamda delimitasiyanın növbəti mərhələsinin sərhədin hansı hissəsində aparıldığını hələ müzakirə etməmişik. Bir şey aydındır: bu, konsensus əsasında olmalıdır. Tərəflərin biri gəlib "sərhədi buradan keçirmək istəyirəm, vəssəlam" deyə bilməz".
Hürr Tərcüman