İrəvandan ismarıc: "Hazırıq"
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İrəvan Bakı ilə sülh razılaşmasının qalan maddələrini də razılaşdırmağa hazır olduğunu bəyan edib.
Ermənistanın Baş nazirinin aparatının rəhbəri Araik Arutyunyan bugünkü çıxışında Ermənistanın Azərbaycanla sülh müqaviləsinin bütün mübahisəli bəndlərini razılaşdırmağa hazır olduğunu bildirib.
Arutyunyan Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında BRİKS sammiti çərçivəsində keçirilən görüşə münasibət bildirərkən deyib deyib: "Biz başlanmış proseslərin və sülh müqaviləsinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsinə köklənmişik. Ermənistan tərəfi bu cür görüşləri dialoq fürsəti kimi müsbət qiymətləndirir və sülh müqaviləsinin qalan bəndləri üzrə razılığa gəlmək üçün real fürsət görür”.
Arutyunyan əlavə edib ki, sülh müqaviləsinin imzalanması Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakına ciddi təsir göstərə bilər.
Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın ortalarında İsveçrədə keçirilən Parlamentlərarası İttifaq Assambleyasındakı çıxışı zamanı Bakı ilə İrəvanın sülh sazişinin 16 bəndi üzrə razılığa gəldiyini və müqavilə bağlamaq ərəfəsində olduğunu bildirmişdi.
Hürr Tərcüman