📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvandan İstanbula ilk uçuşun tarixi açıqlandı

2022-01-13 10:07:00

İrəvandan İstanbula ilk uçuşun tarixi açıqlandı

Hurriyyet.az “RİA Novosti” informasya agentliyinə istinadən xəbər verir ki, Ermənistanın “Flayvan” (Flyone) hava yolları şirkətinin Türkiyənin İstanbul şəhərinə ilk uçuş tarixi bəlli olub. Türkiyə hökuməti bu şirkətə İrəvan-İstanbul-İrəvan reysləri etməyə icazə verib. Bu barədə açıqlamanı erməni aviaşirətinin direktorlar şurasının sədri Aram Ananyan verib: “Flayvan Ermənistan” aviaşirkəti Türkiyə hökumətindən İrəvan-İstanbul-İrəvan reyslərinin edilməsi üçün icazə alıb”. Ananyan ilk reysin fevralın 2-də həyata keçirilməsinin planlaşdırıldığını yazıb.

Hürr Tərcüman