İrəvandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İrəvanın açıqlamasına görə, Zəngəzur dəhlizinin açılması məsələsində Ermənistan, RF və Azərbaycan arasında konsensus əldə edilməyib. Bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan ölkə parlamentində keçirilən birifinq zamanı məlumat verib. Onun sözlərinə görə, regional kommunkasiyaların açılması ilə bağlı Azərbaycan, ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik etdikləri üçtərəfli komissiyanın iclasları konsensus əldə edilməyən məsələlər ucbatından davam etdirilmir.
Qriqoryan jurnalistin sualına cavab verərkən deyib: "Yox, iclaslar davam etdirilmir. Bilirsinizmi, konsensus əldə edilməli olan fundamental məsələlər var. Nə qədər ki, konsensus əldə edilməyib, detalları müzakirə etmək mənasızdır".
Üçtərəfli komissiya 2021-ci ilin əvvəlində, Azərbaycan, Rusiya və Ermənistanın Moskva şəhərindəki görüşü zamanı yaradılıb. Həmin görüşdə regiondakı nəqliyyat və iqtisadiyyat sahələrində əlaqələrinin qurulması üçün üç ölkənin baş nazir müavinlərinin səviyyəsində işçi qrupunun yaraılması qərara alınıb. Regional kommunikasiya sahəsində əsas məsələ Zəngəzur dəhlizinin açılması olaraq qalır. Ermənistan tərəfi bu məsələnin daxili qanunvericiliyi ilə uyğunlaşdırılmasına çalışır.
Hürr Tərcüman