📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrəvanın 102-ci Rusiya bazası ilə bağlı planı: Paşinyan Avropada açıqladı

2026-02-26 12:12:32

İrəvanın 102-ci Rusiya bazası ilə bağlı planı: Paşinyan Avropada açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvanın 102-ci Rusiya hərbi bazasını ölkədən çıxarmaq planı yoxdur.

Hurriyyet.org  xəbər verir ki, Varşavadakı diplomatların və analitiklərin Ermənistanın bazanı bağlamaq üçün Moskvaya müraciət edib-etməməsi ilə bağlı suallarını cavablandıran Paşinyan belə bir təşəbbüsün irəli sürülmədiyini vurğulayıb.

Paşinyan qeyd edib ki, "Ermənistanda 102-ci Rusiya hərbi bazasının olması ilə bağlı heç bir planımız, proqramımız və ya sualımız yoxdur. Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var - iqtisadi və siyasi əlaqələr qurulub".

Eyni zamanda, o, yenidən KTMT-nin İrəvan qarşısındakı müttəfiq öhdəliklərini yerinə yetirmədiyini bildirib.

Baş nazir Rusiya ilə mövcud münasibətləri "transformasiya mərhələsində" adlandırıb.

102-ci Rusiya hərbi bazası Ermənistanda yerləşir. İrəvanda yerləşən Erebuni Hava Bazası da Gümrüdəki bu bazanın bir hissəsidir.