İrəvanın mərkəzində atışma - Ölən və yaralılar var
Ermənistanın paytaxtı İrəvanın Acapnyak inzibati rayonunda baş verən silahlı insident nəticəsində bir nəfər həyatını itirib, ilkin məlumata görə altı nəfər yaralanıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, yaralılardan üç nəfərin vəziyyəti son dərəcə ağır, digər üç nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
Polis hadisədə iştirak edən şəxslərin dairəsinin müəyyənləşdirildiyini və onların saxlanılması istiqamətində tədbirlərin görüldüyünü açıqlayıb. Hadisə yerində çoxsaylı güllə gilizləri, qatlanan bıçaq və şüşələri sındırılmış avtomobillər aşkarlanıb.
Hadisənin motivləri və iştirakçıları ilə bağlı əlavə məlumatların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Son illər İrəvanda və bölgələrdə atışma ilə müşayiət olunan insidentlər artmaqdadır. Rəsmi statistikaya görə 2023-cü ildə odlu silahla 94 cinayət qeydə alınıb, 2024-cü ildə bu rəqəm 109 olub. Ötən il isə 152 silahlı cinayət baş verib. Beləliklə, 2025-ci ildə 2024-cü illə müqayisədə təxminən 40 faizlik artım qeydə alınıb.