📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırıq”

2022-12-10 13:48:00

“İrəvanla Bakı arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırıq”

“Rusiya Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanmasına hər cür yardım göstərməyə hazırdır”.

Hurriyyet.az xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. 

“Biz bundan sonra da Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanmasına hər cür köməklik göstərməyə hazırıq”, - deyə Qonçar qeyd edib.

O, ölkəsinin bu məqsədlər üçün Rusiyada yüksək səviyyəli üçtərəfli görüşlərin təşkilinə hazır olduğunu da vurğulayıb. (qafqazinfo)