İrəvanla Brüssel arasında əlaqələr sıxlaşır
2023-12-01 18:14:39
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan dekabrın 1-də Avropa İttifaqının İsəvandakı nümayəndə heyətinin sədri Vasilis Maraqosla görüşüb. Tərəflər Brüssellə İrəvan arasında tərəfdaşlıq məsələrini müzakirə ediblər. Cənubi Qafqazda təhlükəsizlik məsələsinə “xüsusi diqqət ayrılıb”.
Xatırladaq ki, ötən həftə Ermənistan ilə Aİ Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki mülki müşahidə missiyasının statusu barəsində sənəd imzalayıblar.
Hürr Tərcüman