İrəvanla Tehran üçüncü ölkələrə birlikdə mal satacaqlar - Dalanın dəhliz xəyalları
2022-11-03 14:04:00
Ağa ilə dığanın Zəngəzur dəhlizinə parodiyası
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistan Respublikasının İqtisadiyyat naziri Vaan Kerobyan Ermənistanla İranın birlikdə üçüncü ölkələrə məhsul satmaq niyyətlərində olduqlarını bildirib.
Onun sözlərinə görə, Ermənistanın nəqliyyat və kommunikasiya əlaqələri İran mallarına yol aça bilər. Onların müəyyən hazırlıqdan keçməsindən sonra bu məhsullar Avrasiya İqtisadi İttifaqı dövlətlərinin və digər ölkələrin bazarlarında satıla bilər.
Kerobyan əlavə edib ki, İrəvan İran İslam Respublikasından keçən logistik yolların erməni yükdaşıyanlarına əlçatan olması üçün çalışır.
Hürr Tərcüman