İrlandiyanın Baş naziri Kiyevə gedib
2022-07-06 14:33:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, İrlandiyanın Baş naziri Mixal Martin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Kiyevə səfər edib. Martin Rusiyanın “mənəviyyatsız terror müharibəsinə qarşı” Ukraynanı dəstəkləyəcəklərini söyləyib.
Təhlükəsizliklə əlaqədar səfərin dəqiq təfərrüatları açıqlanmasa da, Mixal Martinin Kiyevə Polşadan quru nəqliyyatı ilə gəldiyi bildirilir.
Hürr Tərcüman