📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İRNA-dan Azərbaycana qarşı qərəzli yazı

2022-10-25 15:42:00

İRNA-dan Azərbaycana qarşı qərəzli yazı

İranın "İRNA" saytı, “Bakı-İrəvan böhranı və ondan çıxmağın yeganə yolu: Qafqaz coğrafiyasında İranın qırmızı xətti nədir?”, başlıqlı özünə məxsus üslubda anti-Azərbaycan məğzli qərəzli təhlil yazısı paylaşıb. Yazıda deyilir:
“Bir tərəfdən Qarabağ bölgəsində bitməyən gərginlik, digər tərəfdən isə regiondankənar müdaxilələr bu coğrafiyada vəziyyətin getdikcə daha da mürəkkəbləşməsinə səbəb olub və bu gərginliyin ortasında İran İslam Respublikası Qafqazda istənilən sərhəd dəyişikliyini özünün qırmızı xətti hesab edir və diplomatik həll yollarının vacibliyini vurğulayır.
İranın şimal qonşularının sərhədlərində qarşıdurma bölgədə həssas vəziyyətin yaranması və regiondankənar qüvvələrin vəziyyəti qızışdırması səbəbindən ikiqat əhəmiyyət kəsb edir və İran İslam Respublikası iki strategiya ilə bu böhrana münasibətdə rol oynayır.
İranın Cənubi Qafqazda baş verən proseslərlə bağlı strategiyalarına dair isə sayt iki versiya təqdim edib.
"İran İslam Respublikasının Cənubi Qafqazda baş verən hadisələrlə bağlı iki paralel strategiyası var- güc və diplomatiya. Birinci strategiya SEPAH-ın Araz bölgəsində hərbi təlim keçirməsi, ikinci strategiya isə İran xarici işlər nazirinin Ermənistana diplomatik səfəri və İslam Respublikasının Qafan şəhərində konsulluq açmaqla “ağıllı gediş etməsi” ilə özünü büruzə verdi...”.

Ülviyyə, Hurriyyet.az