📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı

2026-05-09 18:12:55

İş adamını güllələməkdə şübhəli bilinən şəxs saxlanıldı

Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Hurriyyet.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

Araşdırma aparılır.