📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsa Həbibbəyli haqda iddialara Əlyazmalar İnstitutundan REAKSİYA

2026-06-27 21:44:42

İsa Həbibbəyli haqda iddialara Əlyazmalar İnstitutundan REAKSİYA

“Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir”.

Hurriyyet.info xəbər verir ki, bu barədə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun mətbuat xidmətinin açıqlamasında qeyd olunur.

Bildirilir ki, Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası İnstitutun fondunda mühafizə olunur.

“Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilmişdir. Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim etmişdir.

Nədənsə sosial media AMEA rəhbərinin Nizami Gəncəvinin şəxsiyyətinə, ölməz sənətinə bəslədiyi xüsusi ehtiramı ifadə edən həmin məqamları ixtisar edərək ictimaiyyətə çatdırmışdır.

İsa Həbibbəylinin “Nizami Gəncəvi: Azərbaycandan-dünyaya” kitabı Bakıda və Ankarada nəşr olunmuşdur”, - deyə əlavə olunur

Qeyd olunan videogörüntünü və fotoları oxucularımıza təqdim edirik: