📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı, görün, nələr dedi...

2026-10-28 20:03:53

İsa Həbibbəyli Ramiz Mehdiyevlə bağlı, görün, nələr dedi...

Ramiz Mehdiyev ölkənin adına ləkə gətirən və Akademiya üzvünün Nizamnamə ilə müəyyən olunmuş tələblərini pozan cinayət hərəkətlərinə yol verib.

Hurriyyet.net  xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi ilə bağlı AMEA Rəyasət Heyətinin iclasında deyib.

İ.Həbibbəyli qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə haqqında qərar çıxarılıb:

"Müstəqil dövlətimizin konstitusiya quruluşunun dəyişdirilməsi üçün planlar quran Ramiz Mehdiyevin törətdiyi cinayət əməlləri müstəqil dövlətçiliyimizə xəyanətdir, Akademiyanın üzvü adına yaraşmayan, alim adını hörmətdən və nüfuzdan salan bağışlanmaz hərəkətlərdir. Dövlətə xəyanət etmiş, məhkəmə tərəfindən ağır cəzaya məhkum edilmiş Ramiz Mehdiyev AMEA-nın üzvlüyündə qala bilməz".

AMEA Rəyasət Heyətinin iclasında Ramiz Mehdiyevin Akademiya üzvlüyündən çıxarılması məsələsi səsə qoyularaq qəbul edilib.

Bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasına üzvlərin seçkisi, hüquqları və vəzifələrinə dair Əsasnamənin tələbinə görə AMEA Rəyasət Heyətinin bu qərarı AMEA Ümumi Yığıncağı tərəfindən təsdiq olunmalıdır.