📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsa Həbibbəyliyə yeni vəzifə verildi

2022-01-27 15:04:00

İsa Həbibbəyliyə yeni vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyliyə yeni vəzifə verilib.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə akademiyanın Rəyasət Heyətinin iclasında qərar verilib.

Belə ki, iclasda AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin ayrı-ayrılıqda fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub.

Beləliklə, qərara uyğun olaraq Humanitar Elmlər Bölməsinə rəhbərlik akademik İsa Həbibbəyliyə həvalə olunub.

Qeyd edək ki, İctimai Elmlər Bölməsinə rəhbərlik isə akademik Gövhər Baxşəliyevaya tapşırılıb.