📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsa Qəmbər seçki ilə bağlı qərarını açıqladı

2024-07-17 16:36:25

İsa Qəmbər seçki ilə bağlı qərarını açıqladı

Müsavat Partiyasının başqanı İsa Qəmbər sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə APA-ya İsa Qəmbər özü məlumat verib.

"Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak üçün namizədlərin irəli sürülməsini, əsasən, yekunlaşdırıb. Artıq 34 namizədimiz var. Mən bu dəfə namizədliyimi irəli sürməyəcəyəm, Müsavat Partiyasının seçkilərdə iştirakına ümumi rəhbərlik edəcəyəm və namizədlərimizə dəstək verəcəm”, - deyə o bildirib.