📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsaxan Aşurovun oğluna yeni vəzifə verildi - Nazir Əmr imzalayıb

2026-08-11 18:07:20

İsaxan Aşurovun oğluna yeni vəzifə verildi - Nazir Əmr imzalayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) ləğv edilən Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin rəisi polkovnik Kənan Aşurova yeni vəzifə verilib.

Hurriyyet.Media“Qaynarinfo”ya istinadən xəbər verir ki, o, FHN-in Baş Əməliyyat İdarəsinin rəis müavini təyin edilib. Bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.

Qeyd edək ki, Kənan Aşurov mərhum vəkil İsaxan Aşurovun oğludur.