📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İşçisi tərəfindən aldadılan Abşeron sakinin şikayətinə DİN-dən REAKSİYA

2021-12-02 10:51:00

İşçisi tərəfindən aldadılan Abşeron sakinin şikayətinə DİN-dən REAKSİYA

Ötən buraxılışımızda Abşeron rayonunun Fatmayi kənd sakini Ramilə Qulu qızı Əhmədxanlının "Hürriyyət"ə etdiyi müraciəti yayımlamışdıq. O qeyd etmişdi ki, sahibi olduğu dükanda fəhlə kimi çalışan şəxsin dələduzluğuna məruz qalıb. Ramilə Əhmədxanlının sözlərinə görə, 4-5 aya yaxındır yanında işləyən Tural Abdulhəsənov mebelləri boşaltmaq üçün getdiyi mənzillərdən ondan xəbərsiz olaraq pul vəsaitləri alaraq mənimsəyib.

O əlavə edib ki, Turan Abdulhəsənov tərəfindən ona ümumilikdə 5700 manat dəyərində ziyan vurulub. İşə Suraxanı rayon polis idarəsində baxılmağına baxmayaraq, şübhəli şəxs hələ də azadlıqdadır.

Məsələ ilə bağlı Daxili İşlər nazirliyinin (DİN) mətbuat xidmətindən "Hürriyyət"ə bildirilib ki, hazırda fakt üzrə araşdırma aparılır.

YƏHYA