📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İşdən çıxarılan generalın yerinə - Təyinat

2023-09-06 13:30:28

İşdən çıxarılan generalın yerinə - Təyinat

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, artıq onun yerinə təyinat var. Belə ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.

E.Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin komandiri olub. O, Prezidentin Sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib.