📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İşdən çıxdığı deyilən məktəb direktoru ilə bağlı açıqlama

2026-10-10 16:29:05

İşdən çıxdığı deyilən məktəb direktoru ilə bağlı açıqlama

Sosial şəbəkələrdə Bakı şəhəri Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin direktorunun vəzifəsindən ayrılması ilə bağlı iddialar yayılıb.

Hurriyyet.net  xəbər verir ki, məsələ ilə bağlı məktəb “Facebook” səhifəsində açıqlama yayıb.

Bildirilib ki, məktəbin direktoru Zaur Yusifovun vəzifəsindən azad edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir: “Sözügedən məlumat yanlış və əsassızdır. Direktor öz vəzifəsinin icrasını davam etdirir.

İctimaiyyəti yalnız məktəbin rəsmi mənbələrində yayımlanan məlumatlara istinad etməyə çağırırıq”.